Şirkət haqqında

«RasskazoFF» layihə-tikinti qrupunun adından şirkətimizə göstərdiyiniz diqqətə görə təşəkkür etmək və Sizə tikinti və naxış işləri üzrə xidmətlərimizi təklif etmək istəyirəm.

«RasskazoFF» layihə-tikinti qrupu premium sinfə aid seqmentdə memarlıq və interyer layihələrinin kompleks realizasiyası üzrə yüksək peşəkar xidmətlər təqdim edir. Şirkətin fəlsəfəsinin əsasında insan və onun evi arasında harmoniyanın axtarışıdır. «RasskazoFF» mütəxəssislərinin təklif etdiyi interyer həlləri incəsənət zövqünün və həqiqi dəyərlərin, təkrarolunmaz həyat üslubunu və rahatlığı – öz ailə tarixcəsini yaratmağın fərqində olan xüsusi müştərilər çevrəsi üçün nəzərdə tutulmuşdur.

Şirkətin mühüm xüsusiyyəti obyektlərin (şəhər apartamentlərinin, şəhərkənarı evlərin, malikanələrin, yaxtaların, təyyarələrin və s.) layihələndirilməsi və reallaşdırılması və onların kompleks xidmətidir. Müxtəlif tarixi üslublar və memarlıq üsulları haqqında dərin biliklər, rahatlıq barədə müasir təsəvvürləri zərif klassik qanunlarla harmonik uyğunlaşdırma bacarığı, xüsusi təkrarolunmaz estetikanın yaradılması bizim memar və dizaynerlərimizin peşəkar yanaşmasını fərqləndirir və sifarişçilər arasında onların şübhəzi etibarını təmin edir.

Şirkətimiz tərəfindən yaradılmış layihələrin həyata keçirilməsi zamanı interyer dizaynının müəllifi işin gedişatına daim nəzarət edir. Bu, Sizin istəklərinizə operativ rekasiya verməyə, çetyojlara dəyişikliklər etməyə və yaranmış digər məsələləri həll etməyə şərait yaradır.

Bizim komandamız istənilən həcmli işi qısa müddətə və keyfiyyət itkisi olmadan həyata keçirə bilər. Şirkətimiz imkanları sutkada 24 saat və həftədə 7 gün işləməyə imkan verir.