Şirkət haqqında

«RasskazoFF» layihə-tikinti qrupunun adından şirkətimizə göstərdiyiniz diqqətə görə təşəkkür etmək və Sizə tikinti və naxış işləri üzrə xidmətlərimizi təklif etmək istəyirəm.

«RasskazoFF» layihə-tikinti qrupu premium sinfə aid seqmentdə memarlıq və interyer layihələrinin kompleks realizasiyası üzrə yüksək peşəkar xidmətlər təqdim edir. Şirkətin fəlsəfəsinin əsasında insan və onun evi arasında harmoniyanın axtarışıdır. «RasskazoFF» mütəxəssislərinin təklif etdiyi interyer həlləri incəsənət zövqünün və həqiqi dəyərlərin, təkrarolunmaz həyat üslubunu və rahatlığı – öz ailə tarixcəsini yaratmağın fərqində olan xüsusi müştərilər çevrəsi üçün nəzərdə tutulmuşdur.

Şirkətin mühüm xüsusiyyəti obyektlərin (şəhər apartamentlərinin, şəhərkənarı evlərin, malikanələrin, yaxtaların, təyyarələrin və s.) layihələndirilməsi və reallaşdırılması və onların kompleks xidmətidir. Müxtəlif tarixi üslublar və memarlıq üsulları haqqında dərin biliklər, rahatlıq barədə müasir təsəvvürləri zərif klassik qanunlarla harmonik uyğunlaşdırma bacarığı, xüsusi təkrarolunmaz estetikanın yaradılması bizim memar və dizaynerlərimizin peşəkar yanaşmasını fərqləndirir və sifarişçilər arasında onların şübhəzi etibarını təmin edir.

Şirkətimiz tərəfindən yaradılmış layihələrin həyata keçirilməsi zamanı interyer dizaynının müəllifi işin gedişatına daim nəzarət edir. Bu, Sizin istəklərinizə operativ rekasiya verməyə, çetyojlara dəyişikliklər etməyə və yaranmış digər məsələləri həll etməyə şərait yaradır.

Bizim komandamız istənilən həcmli işi qısa müddətə və keyfiyyət itkisi olmadan həyata keçirə bilər. Şirkətimiz imkanları sutkada 24 saat və həftədə 7 gün işləməyə imkan verir.

«RasskazoFF» Layihə-tikinti qrupunun xidmətləri

  • Kabinetlər, bilyard otaqları və s. üçün ağac məhsulların hazırlanması və montajı;
  • Massiv palıd və qiymətli ağac növlərindən qapıların hazırlanması, boyaq, patin, krakelyur;
  • Bədii və mozaik parketin istehsalı və hazırlanması;
  • Pilləkanların hazırlanması və montajı;
  • Patentləşdirilmiş texnologiya üzrə gips və əl yapma naxışı;
  • Kaminlərin hazırlanması, mərmərlə iş və s.
  • Dekorativ suvaq (Venesiyalı), Bədii divar naxışı;
  • Elektromontaj işləri;
  • Ventilyasiya kondisiyalaşdırma;
  • İnteryerin layihələndirilməsi və dizaynı;
  • Evlərin sıfırdan tam hazır vəziyyətə qədər inşası;
  • Mebellərin, texnikasının təchizatı və s.

Binaların, tikililərin, məkanların, torpaq sahələrinin, eləcə də mühəndis kommunikasiyalarının, system və avadanlıqlarının istismarının, lazımi qaydada saxlanmasının və istifadəsinin təşkili, o cümlədən: obyektlərdəki konstruksiya və məkanların mühəndis sistemlərinin, avadanlıqların, elementlərin plan-ehtiyat təmirinin aparılması; obyektlərin rekonstruksiya və təmiri (cari, qəza, əsaslı, o cümlədən, texniki nəzarət); obyektlərin təmir (cari, qəza, əsaslı, o cümlədən, texniki nəzarət) planlarının hazırlanması müəyyən olunmuş qaydada razılaşdırılması; layihə və işə salma-sazlama işlərinin icrasını təmin edin zəruri işlərin, yeni və rekonsturksiya olunan obyektlərin, mühəndis sistemlərinin və avadanlıqlarının istismara verilməsinin yerinə yetirilməsi; torpaq sahələrinin abadlığı, obyektlərin mühafizəsinin təşkili və təmin edilməsi; rabitə obyektlərinin istismar və təmirinin təmin edilməsinin təşkili, dövlət sirri olan məlumatlardan istifadə etməklə səfərbərlik hazırlığı, mülki müdafiə üzrə işlərin icrası,Müəssisənin fövqəladə vəziyyətlərdə işləməsi üçün mühafizə rejiminin, yanğın təhlükəsizliyinin və hazırlığımım təmin edilməsi; maddi-texniki təminat və sosial-məişət xidməti üzrə xidmətlərin təqdim edilməsi.

Şirkətimizin müştərilərinin etibarı və mütəxəssislərlə ünsiyyətdə rahatlıq reallaşdırılmış interyer layihələrinin servis xidməti və dəstəyi ilə məşğul olan xüsusi altbölmənin, batlerlər xidmətinin (təsərüffatı idarə edənlərin) yaradılmasını şərtləndirdi.

Batlerlər xidməti «RasskazoFF» müştərilərini interyerin saxlanması və dəyişməsi (orijinal materiallardan olan interyer predmetlərinə xüsusi qulluq, dekorun yenilənməsi, əlavə avadanlıqların quraşdırılması, portyeraların və ev tekstilinin quru təmizlənməsi, mebel predmetlərinin restavrasiyası və s.) ilə əlaqədar istənilən qayğılardan azad edir.

Və ən başlıcası: ev inşası ilə məşğul olmağa qərar verdikdə, Siz inşa edilmiş kotec və ya mənzilin istismarına görə bütün məsuliyyəti şirkətimizə həvalə edirsiniz.

Bütün layihələr müasir Avropa texnologiyaalrı və keyfiyyətli tikinti materiallarından istifadə sayəsində qısa müddətdə keyfiyyətə zərər vurmadan həyata keçirilir. Obyektlər “tam hazır vəziyyətdə” istifadəyə yararlı olaraq təhvil verilir.

Bizim reallaşdırılmış obyektlərimiz:

Rezidensiya (Rivyera) Soçi, Boçarov ruçey Soçi, Krasnaya Polyana Soçi, Rus sanatoriyası Soçi. Sankt-Peterburqda iri şirkətlərin birinci şəxslərinin xüsusi evləri. Moskva kənarında evlər, Qrinfild qəsəbəsində binalar kompleksi, Usovoda Landşfaft, Kiçik İtaliya, Riversayd, Lesnoy qorodok binalar kompleksi, Karabelnie sosni qəsəbəsində binalar kompleksi və bir çox digər obyektlər şübhəsiz ki, memarlıqda incəsənət predmeti kimi ölkəmizin tarixinə düşə bilər.

Eləcə də təşkilatımız “QAZPROM”, “Alfa Qrupp”, “Lukoyl”, “PİK QRUPP”, “AST”, “StroyQazKonsaltinq” kimi təşkilatların rəhbərlərinin şəxsi obyektlərində dəfələrlə tikinti işləri həyata keçirmişdir. Hal-hazırda biz “RF Dövlət Duması”, “RF Federasiya Şurası” və s. binalarda cari təmiri həyata keçiririk. Biz Federasiya Soveti binasının rekonstruksiyası üzrə işlərimizi xüsusi fəxrlə qeyd edə bilərik. İki yay ayında şirkətimiz tərəfindən partnyorlarla birlikdə 5.800 m2 həcmində iş icra edilmişdir. Buna görə biz Federasiya Sovetinin sədri tərəfindən şəxsən fəxri fərmanla mükafatlandırıldıq, həmçinin şirkətimiz Federasiya Sovetinin tarixcəsinə (salnaməsinə) daxil edilmişdir. Partnoylarımızla birlikdə tərəfimizdən Antaliyadakı səs-küylü MARDAN PALAS otelində yapma naxışı işləri həyata keçirilmişdir.

 

Uzunmüddətli və məhsuldar əməkdaşlığa ümid edirik.

Hörmətlə,

«RasskazoFF» layihə-tikinti qrupunun

Baş direktoru

Rasskazov Dmitriy Vyaçeslavoviç